Qaynar xətt:

(+99450) 247 90 86

"Donuz qripi" Rusiyaya çatdı - Ölən var

\\\"Donuz qripi\\\" Rusiyaya  çatdı - Ölən var

DÜNYA

1390

23.01.2019, 11:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Rusiyanın Novqorod vilayətindəki xəstəxanalardan birində qadın “donuz qripi”ndən ölüb. Bununla bağlı regionun baş infeksionisti Svetlana Kalaç məlumat verib.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, qadın xəstəliyin səkkizinci günündə ağır vəziyyətdə xəstəxanaya müraciət edib.
“Qadın dərhal reanimasiyaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, o ölüb”, - S.Kalaç bildirib. İlkin ehtimallara görə, ölümə səbəb AH1N1 virusu və pnevmoniya olub. Məlumatlara görə, vilayətdə “donuz qripi”nə yoluxma halı dörd nəfərdə - iki uşaq və iki böyükdə aşkar edilib.