Qaynar xətt:

(+99450) 247 90 86

Çinlilər bu dəfə daşdan yemək hazırladılar  —  VİDEO

DÜNYA

1211

24.06.2023, 23:40

Çində küçə yeməkləri modasının ən son nümayəndəsi qızardılmış daşlar olub.

 

Oxu24.com xarici mediaya istinadən  xəbər  verir  ki,küçə satıcıları tavada qaynar odda bişirib qırmızı bibər, sarımsaq sousu kimi qarışıqlarla çevirdikləri daşları xurma boyda qutularda təqdim etməyə başlayıblar.

 

2,30 dollara (58 TL) satılan daşlardan hazırlanan yeməkləri üzərinə ədviyyatları hopduraraq istehlak edən çinlilərin çoxu satıcılara "Yeməyimizi bitirdikdən sonra daşları qaytarmalıyıqmı?" sualını qoyur.

 

Sözün əsl mənasında "dünyanın ən sərt yeməyi" və daşın əsas tərkib hissəsi olan yemək indi Çində demək olar ki, hər küncdə satılır.

 

Mənşəyi Çinin şərqindəki Hubei əyalətindən olan və böyük bir tavaya qoyulan yemək çınqılların üzərinə tökülən qırmızı bibər və sarımsaq sousu kimi qarışıqlarla bişirilir və daşların üzərinə ədviyyatlar hopdurularaq istehlak edilir.

 

Ölkədə bir çox sosial media fenomeninin paylaşılması ilə birdən-birə dünya gündəminə düşən bu yeni yemək modası, aşpazların yeməkləri necə bişirdiklərini izah etdiyi videolarla böyük məşhurluq yaratdı.

 

 

 

Tərcümə: Aynurə Məcidova