Qaynar xətt:

(+99450) 247 90 86

Məhkəmədən şok qərar: Qayınatasının dəfninə getməyən gəlin 12 min cərimə olundu

2019-01/1548067179_images-21.jpg

DÜNYA

1132

21.01.2019, 14:40

   Türkiyədə məhkəmənin çıxardığı qərar ölkədə müzakirə obyektinə çevrilib.
Oxu24.com  Türkiyə  mətbuatına istinadən xəbər verir ki, Gaziantəpə məhkəməsi qayınatasının  dəfn mərasiminə qatılmayan gəlini 12 min lirə cərimə edib. Məlumata görə  Aslı adlı qadın  məhkəməyə müraciət edərək əri Əlidən ayrılmaq istədiyini bildirib.O.ərinin ailsəinə baxmadığını və maddi ehtiyaclarını ödəmədiyi üçün boşanmaq istədiyini ərizədə qeyd edib. Qarşı tərəfin qaldırdığı iddia isə qadına sürpriz anlar yaşadıb.Əli məhkəmədə qaldırdığı iddiada arvadının onu ən çətin vaxtında tək qoyduğunu və anasının evinə getdiyini əsas gətirərək nikah anlaşmasını pozduğunu bildirib. Məhkəmə qadının evlilik tələblərini pozduğunu və ailənin qadının səhvləri səbəbindən dağıldığı qərarına gəlib. Sonda çıxarılan qərara əsasən qadın ərinə 5 min lirə maddi, 7 min lirə isə mənəvi ziyana görə təzminat ödəməlidir.