Türkiyənin Hatay ərazisində dəhşətli hadisə yaşanıb.
Oxu24.com xəbər verir ki, məktəbdən çıxıb evinə gedən 17 yaşlı Berfin Özek adlı qızın qarşısını Ozan Ç. adlı oğlan kəsib və onu sevdiyini bildirib, müəyyən təkliflər edib. Qız isə ona üz verməyib və "Xeyr" deyib. Bunun ardınca əsəbiləşən Ozan Ç. əlindəki təhlükəli maddəni qızın üzünə töküb və hadisə yerindən uzaqlaşıb. Ətrafdakı insanlar tərəfindən gənc qız dərhal xəstəxanaya aparılıb. Üzü və boyun nahiyələri yanan qızın vəziyyəti ağırdır. Həkimlər onun kor olma ehtimalının olduğunu bildiriblər.
Polis araşdırmalardan sonra hadisəni törədən şəxsi həbs edib. Oxu24.com
ŞƏRHLƏR