Qaynar xətt:

(+99450) 247 90 86

Nurməhəmmədov Makqreqoru məyus edib

Nurməhəmmədov Makqreqoru məyus edib

DÜNYA

1472

17.01.2019, 21:28

\"\" Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədov Konor Makqreqorla revanş döyüşü keçirtmək istəmir.
  Oxu24.com-un məlumatına görə, 31 yaşlı rusiyalı idmançı bu barədə “TMZ Sports”a açıqlamasında bildirib. O, deyib ki, irlandiyalı döyüşçü ilə təkrar qarşılaşmağa lüzum görmür: “Revanş görüşü nəyə görə verilməlidir? O, sonuncu döyüşdən əvvəl də çox danışırdı. Amma biz rinqə çıxandan sonra heç nə edə bilmədi”.
  Qeyd edək ki, H.Nurməhəmmədov ötən ilin oktyabrında ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində K.Makqreqoru məğlub edib.