Qaynar xətt:

(+99450) 247 90 86

İki erməni əsgəri minaya düşdü

2019-01/1547721827_mina_bomb_080414.jpg

DÜNYA

634

17.01.2019, 14:43

\"\" Ermənistan silahlı qüvvələrində qeyri-döyüş itkilərinin sayı artmaqda davam edir.
Trend erməni KİV-lərinə istinadən məlumat verir ki, ermənilərin iki hərbi qulluqçusu piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıblar: \"Hərbçilər təcili hərbi tibb müəssisəsinə təxliyə ediliblər. Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır\". Qeyd edək ki, yanvarın 16-da erməni mətbuati Tavuş vilayəti Barekamavan kəndinin sakini Arman Mikaelyanın minaya düşərək yaralanması barədə məlumat vermişdi.