Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8985
az

Uğur gətirən pişik 317 min manata satılır - FOTO

20:2116 Yanvar, 2019
722
DÜNYA
  • A
 İstənilən anlaşılmaz vəziyyətdə pişik sığallayın. Bu heyvanlar nadir cinsə aid olan bu tüklü dosta görə böyük məbləğdə pul ödəməyə hazır bir çox insanların sevimlisidir. Satıcılar bundan kifayət dərəcədə uğurla istifadə edir.

Oxu24.com xəbər verir ki, bu yaxınlarda saytlardan birində sahibinin uğur gətirdiyini dediyi unikal pişiyin satılması haqqında elan verilib.

Rusiyanın Çelyabinsk vilayətinin sakini öz pişiyini 12 milyon 500 min rubla (317620 manat) satmaq qərarına gəlib.

O, bu yüksək qiyməti bəyaz tüklü xalis sibir cinsinə aid pişiyin evə xoşbəxtlik gətirmək və öz sahiblərini bədnəzərdən qorumaq xüsusiyyətinə malik olması ilə izah edib. Elanın sahibi dəqiqləşdirərək, qiymət endiriminə gedə biləcəyini də bildirib. Lakin o, nəyə görə bu cür unikal pişikdən ayrılmağa razı olduğunu dəqiqləşdirməyib.

Sosial şəbəkə istifadəçiləri inanılmaz qiyməti heyvan sahibinin ağılsızlığı ilə izah ediblər. Digərləri isə onun bu yolla öz pişiyinə diqqət cəlb etməyə çalışdığına əmin olduqlarını bildiriblər.

Qeyd edək ki, bu, sosial şəbəkədə yüksək qiymətə satılan ilk pişik deyil. Kemerovo sakinlərindən biri ekstrasens qabiliyyətinə malik pişiyini satması ilə bağlı əvvəllər elan verib. Lakin, o, öz heyvan dostu üçün cəmi beş milyon rubl pul (127050 manat) istəyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Akvariumda dəhşət: Nəhəng balıq "su pərisi"ni dişlədi - VİDEO
Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir
Türkiyədə uşaqlarla bağlı YENİ QADAĞA -"Bu onlara niyə lazımdır?"

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi