Qaynar xətt:

(+99450) 247 90 86

Tanınmış bakılıya Rusiyada yüksək vəzifə verildi

2019-01/1547391701_rusiya.jpg

DÜNYA

1043

13.01.2019, 19:01

\"\"  Bakılı Roman Simanduyev Rusiya Prezidenti yanında Başkortostanın səlahiyyətli nümayəndəsi vəzifəsinin icraçısı – respublika baş nazirinin müavini təyin edilib.
Azərtac xəbər verir ki, bu barədə fərmanı regionun rəhbəri səlahiyyətlərini icra edən Radi Xabirov imzalayıb. R.Simanduyev bu vəzifədə digər həmvətənimizi – Başkortostan rəhbərinin sənaye və yanacaq-energetika kompleksi məsələləri üzrə müşaviri təyin olunmuş Fərhad Səmədovu əvəz edib. Roman Simanduyev 1964-cü ildə Bakıda doğulub. Moskva Toxuculuq İnstitutunu və Moskva Hüquq İnstitutunu bitirib. 2005-2017-ci illərdə RF Prezidentinin daxili siyasət idarəsinin referenti olub. Fərhad Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani rayonunda doğulub. V.V.Kuybışev adına Moskva Mühəndis-İnşaat İnstitutunu bitirib. Əmək fəaliyyətinə Azərbaycanda başlayıb. 2003-cü ildə Başkortostana köçüb, “Başneft” şirkətinin neft-kimya departamentinin direktoru, “Birləşmiş Neft Kimya şirkəti” səhmdar cəmiyyətinin prezidenti olub.