Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8726
az

Gürcüstan "donuz qripi" ilə üz-üzədir: Ölənlərin sayı durmadan artır, dərman tapılmır

10:2709 Yanvar, 2019
678
DÜNYA
  • A
 Gürcüstanda son bir ay ərzində H1N1 (donuz qripi) virusundan ölənlərin sayı 13 nəfərə çatıb.

Oxu24.com  xəbər verir ki, bu haqda “Rustavi” telekanalı məlumat yayıb.

“H1N1 virusunun yayılması ilə əlaqədar bütün iri klinikalar karantin elan edib. Tibbi müəssisələr  fövqəladə rejimdə fəaliyyət göstərir. Son məlumata görə, laboratoriya H1N1 virusuna 162 yoluxma faktını təsdiqləyib, 13 vətəndaş həyatını itirib, laborator müayinələrdə hələlik 10 nəfərin “donuz qripi”ndən öldüyü təsdiqini tapıb”, - deyə telekanalın saytında qeyd olunur.


Yerli KİV və sosial şəbəkələrdə gündəlik olaraq yeni virus qurbanları ilə bağlı məlumatlar çıxır. Səhiyyə Nazirliyi ölüm hallarına başlıca olaraq pasiyentlərin xroniki xəstəliklər və qripə yoluxduqdan sonra vaxtında həkimlərə müraciət etməməsini səbəb göstərir.

Nazirlik bütün vətəndaşları ailəvi şəkildə mövsümi vaksinasiyaya və gigiyena qaydalarına əməl etməyə, qrip simptomları aşkar olunan kimi xəstəxanaya üz tutmağa çağırır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp qılıncla səhnədə rəqs etdi -VİDEO
ABŞ Ukrayna ilə bağlı STRATEGİYANI DƏYİŞDİ -Tərəfləri nə gözləyir?
Türkiyədə birgünlük matəm elan edildi