Türkiyədə qandonduran hadisə baş verib. Türkiyənin Adana vilayətində qardaşının arvadını zorlayan şəxs mətbuatın gündəmini zəbt edib.Oxu24.com xəbər verir ki, həbsdə olan qardaşının arvadına təcavüz edən şəxs məhkəmə qarşısına çıxarılıb.Sezer B adlı şəxs məhəmə zalında həmin vaxt sərxoş olduğunu bildirib.
Təqsirləndirilən şəxs məhkəmədə "Biz onunla bir evdə yaşayırdıq. Qardaşımın arvadı mənə səslənərək səsimin onu narahat etdiyini dedi.Həmin vaxt sərxoş idim.Daha sonra nə baş verdiyini xatırlamıram", ifadəsini verib. Daha sonra məhkəmənin qərarı ilə Sezer B. 27 il müddətinə azadlıqdan mərhum edilib.
Xatırladaq ki, zorlanan qadın 3 uşaq anasıdır.
Oxu24.com
ŞƏRHLƏR