KİV: UTX polkovniki Kiyevdə güllələnib
10 İyul 2025, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86DÜNYA
399
10.09.2022, 19:08
Romi Şnayder əsl adı (Rozmari Maqdalina Albax) 1938-ci il sentyabrın 23-də Vyana şəhərində anadan olub. Ailənin tək övladı olan gələcək aktrisanın dörd yaşı tamam olanda valideynləri boşanırlar. Rominin anası ikinci dəfə restoran sahibi ilə ailə qurur. Başları öz həyatlarına qarışdığından valideynləri Romini tərbiyə olunması üçün yatılı monastra təhvil verirlər.
Rominin on beş yaşı olanda anası onu monastrdan götürüb öz yanına gətirir. Həmin zaman onun anası Vyana teatrlarının birində prodüsser vəzifəsində çalışır. Rominin nənəsi Avstryanın Sara Bernar titulunu qazanmış Roza Albax Petti də həmin teatrda vaxtilə aparıcı rolları ifa edən qocaman aktrisa kimi fəaliyyət göstərir. Romi də həmin teatr tamaşalarında rollar ifa etməyə başlayır. Bir il sonra Romi "Feyerverk" filminə çəkilir. Və özünə Romi Şnayder təxəllüsünü götürür.
1957-ci ildə Romi artıq məşhur aktrisaya çevrilə bilir. Erkən yaşda gəlmiş məşhurluq onun başını gicəlləndirmir. 1957-ci ildə o, "Sissi" serialına çəkilir. Lakin, qəfildən serialın gələcək bölümlərinə çəkilməkdən imtina edən aktrisa "Kristina" filmindən gələn təklifi qəbul edir. Ancaq bir şərtlə tərəf müqabilini məhz o, özü seçəcək. Yüzlərlə fotonun içərisindən Alen Delonun şəklini seçən Romi anası ilə birlikdə Fransaya gedir. Aktrisanın qarşılanma mərasimi gül-çiçəklə başa çatdıqdan sonra Rominin qarşısında əlində qırmızı gül dəstəsi tutmuş cavan oğlan dayanır. Həmin oğlan hələ Parisdə çox az tanınan Alen Delon olur. Kinayəli gülüşlə Romini izləyən Alen dostuna tərəf çevrilərək aktrisa haqqında dodaqltı mızıldayır: "Üfürülmüş alman qazı". Onun bu sözlərini eşidən yaxınlıqdakı pərəstişkarlar cavan aktyoru yerindəcə parçalamaq istəyirlər.
Nifrətin məhəbbətə çevrilməsi...
"Kristina" filminin çəkilişləri zamanı baş rol ifaçılarının münasibətləri ürəkaçan olmur. Əhilləşməmiş aktyorla, nazlı aktrisa bir-birlərini fürsət düşən kimi sancmaqdan zövq alırlar. Çox keçmir ki, ətrafdakı hər kəs onları bir-birinə nifrət edən tərəf müqabili kimi qəbul etməyə başlayır. Lakin, bu nifrət yalançı olur. Heç kimin inanmadığı anda cütlük arasında sevgi qığılcımları işıldayır.
Filminin çəkilişləri bitən kimi Romi vətəninə yola düşür. Təyyarə ilə onu yola salan Alenin kədərli və sevgi dolu baxışlarını unuda bilməyən Romi düz iki gündən sonra yenidən Parisə sevimlisinin yanına qayıdır.
Alenlə tanışlığının yeni dövrlərində Romi öz gündəliyinə bu sözləri yazır:
"Parisdə mən əsl Alen Delonla tanış oldum. Gənc, dəliqanlı, daima cins və rəngbərəng köynəklər geyinən, həmişə çəkiliş meydançasına gecikən Alen Delonla. O, özünün "Reno" markalı maşını ilə gələr və həmişə də inanılmaz əhvalatlar nəql etməyi sevərdi."
1959-cu il martın 22-də Romi anasının kəskin etirazına məhəl qoymayaraq Alenlə nişanlaır. Onların birlikdə çəkildikləri filmin seansından əvvəl bütün kinoteatrlarda sevindirici elan verilir. Müasir kinonun ən gözəl cütlüyü nəhayət ki nişanlandılar.
Sevgililər Parisdə böyük bir mənzil kirayə edib orda yaşamağa başlayırlar. İstirahət günlərini isə yaxınlıqdakı kənddə keçirirlər.
Bir müddət sonra Alen Lukino Viskontinin çəkəcəyi "Rokko və onun qardaşları" filmi üçün İtaliyaya gedir. O, Romini də özü ilə birlikdə İtaliyaya aparmağı qərara alır. Usta rejissor Alenin nişanlısının ağlını və istedadını çox yüksək qiymətləndirir. O, Con Fordun "Sən necə fahişə oldun?" pyesini səhnələşdirmək istəyir. Alen və Romi həmin pyes üçün əvəzolunmaz tapıntı olurlar. Viskonti tezliklə Koko Şanellə əlaqə yaradır. Şanel qısa zaman ərzində Romini əsl parisli qadına çevirir. Onun tapşırıqlarına əsasən Romi dieta saxlayır, idmanla məşğul olur. Şanel ona düzgün yerişi, qaməti düz saxlamasını öyrədir. Sonralar Romi öz gündəliyinə bunları yazır:
"Mənim həyatımın tamamilə dəyişməsində üç nəfərin danılmaz rolu olub. Alen, Viskonti və Koko Şanel."
Daha sonra Romi Viskontinin "Lüdviq" filmində də rol alır.
Ölü sevgi...
Hər iki məşhurun film çəkilişləri ucbatından Alenlə Rominin toyu bir neçə dəfə təxirə salınır. Hər zaman cütlüyə izlənən baxışlarda ancaq bircə sual olurdu. Toy nə zaman olacaq?
1963-cü ildə qəzetlərin biri bu suala Alen Delonun sarışın bir qadının qarşısında diz çökmüş fotosu ilə cavab verir. Elə həmin gün Romi Alenə zəng vurur. Alen isə hər vasitə ilə onu sevdiyini inandırmağa çalışır. Ancaq həmin ilin avqustunda Alenin Romidən ayrılma xəbərləri ətrafı bürüyür. Bir neçə aydan sonra isə bu xəbər özünün doğruldur. Alenin başqa qadından bir oğlu dünyaya gəlir.
Bir müddət sonra Romi Berlində yeni istifadəyə verilən restoranın açılışında iştirak etmək Berlinə yola düşür. Açılış zamanı o, Berlində fəaliyyət göstərən "Komediya" teatrının direktoru Qarri Meyenlə tanış olur. Onlar xeyli müddət görüşürlər. Nəhayət Romi Qarrinin ona olan məhəbbətinə müsbət cavab verir. Toydan sonra Rominin David adlı bir oğlu doğulur. Romiyə elə gəlir ki, onun həyatında artıq hər şey qaydasında gedir. Və o, həyatı yaşamağı yenidən öyrənir. Lakin bir telefon zəngi yenidən hər şeyi darmadağın edir. Alen Delon Romini onunla birlikdə "Hovuz" filmində tərəf müqabili olmağa dəvət edir. Publika qarşısında gülümsər sima ilə pozalar verən Alen jurnalistlərin Romi ilə bağlı suallarına belə cavab verir:
"Bu dəfə biz doğurdan da ssenari üzrə bir-birimizi sevəcəyik."
Həmçinin oxuyun
Onunla yanaşı dayanan Romi isə çiyinlərini çəkərək deyir:
"Ölü sevgidən soyuq heç nə ola bilməz."
Filmin premyerasından sonra qəzetlərdə Romi ilə Alenin aeroportların birində qucaqlaşmış vəziyyətdə olan fotoları yayımlanır.
Qarri Meyen Rominin bu xəyanətini ona bağışlaya bilmir. O, işdən çıxır. İçki içməyə başlayır. Romi də tez-tez rast gəldiyi depressiyaya məruz qalır. 1973-cü ildə aktrisa ərindən boşanmaq üçün məhkəməyə ərizə verir. Və onlar qısa zamanda boşanırlar.
İki ildən sonra Romi Şnayder cavan dramaturq Daniel Byaziniyə ərə gedir. Tezliklə onların Sara adlı qızları dünyaya gəlir. Qızının doğulması ilə özünü xeyli bəxtiyar hiss edən Rominin gözəl günləri bu dəfə də çox davam etmədi. 1979-cu ildə Rominin birinci əri Qarri Meyen öz evində Rominin şərfi ilə özünü asır.
Oğul faciəsi və bir il sonra gələn ölüm...
55-ci filminin çəkilişləri zamanı Romi artıq əsəbi və deyingən bir aktrisaya çevrilir. O, gün ərzində iki, üç qutu siqaret çəkir, İçki şüşələrindən uzaq dayana bilmir. Həddindən artıq əsəbi və gərgin olan aktrisaya ən böyük zərbə oğlu Davidin qəfil ölüm xəbəri olur. 1981-ci ildə açarının evdə unudan David evə girmək üçün bağçanın hasarından aşıb keçmək istəyərkən metaldan düzəldilmiş şiş uclu payaların üzərinə yıxılır.
Bədbəxtlikdən özünə qapanan aktrisa heç kimi görmək istəmir. Bir nəfərdən başqa. Alen Delon. Romi yalnız onunla görüşə razılıq verir. Sonralar isə ölümünə lap az qalmış dəfn işləri ilə əlaqəli bütün səlahiyyətləri Alen Delona tapşırır.
Çəkdiyi əzablardan əldən düşüb, bir dəri, bir sümük qalan aktrisa hamıdan üz çevirib dörd divara qapanır. Jurnalistləri isə qətiyyətlə rədd edir. Hətta onun ən yaxın dostları olan mətbuat işçiləri belə Pomiyə yaxın düşə bilmirlər. Ancaq necə olursa, Romini evdən çıxartmağa rejissor Jak Ruffino nail olur. Mişel Pikollo ilə "San-susi dəhlizi" filmi aktrisanın çəkildiyi son film olur. Həmin filmdə o, on iki yaşlı oğlanı təhlükədən xilas edən qadın rolunu ifa edir. Rominin xahişi ilə filmin son titrlərində bu sözlər yazılır:
"David və atasının xatirəsinə..."
Qırmızı gül dəstəsi...
29 may 1982-ci ildə aktrisa öz evində ölü vəziyyətdə tapılır. O, yazı masasının üzərinə sərilmiş vəziyyətdə baxışları isə qarşı tərəfdə divardan asılmış oğlu Davidin şəklinə dikilmiş halda olur. Sonradan həmin masadan Rominin qızı Saraya yazdığı məktub tapılır. Tezliklə qəzetlərin manşetlərini intihar xəbərləri bürüyür. Lakin, aparılan ekspertizadan sonra məlum olur ki, Romi ürək tutmasından dünyasını dəyişib.
Vəsiyyət etdiyi kimi onu bütün dəfn işlərini Alen Delon özü yerinə yetirir. Romi oğlu Davidin yanında dəfn edilir. Məzarlığı sonuncu tərk edən Alen Rominin qəbri üzərinə onu ilk dəfə qarşıladığı zaman əlində tutmuş olduğu qırmızı gül dəstəsinin eynisini qoyur
15:50 / 10 İyul 2025
KİV: UTX polkovniki Kiyevdə güllələnib
1
15:25 / 10 İyul 2025
Azərbaycan-Ermənistan delimitasiya prosesinin davam etdirilməsi üçün tapşırıq verilib
16
15:19 / 10 İyul 2025
40 vəzifəli şəxs işdən çıxarıldı, 100-dən çoxuna töhmət verilib
77
15:16 / 10 İyul 2025
Əliyevlə Paşinyanın görüşündə iştirak edən ən maraqlı sima...
167
15:07 / 10 İyul 2025
Tualetə görə təyyarə təcili eniş etdi
25
14:48 / 10 İyul 2025
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi
135
14:29 / 10 İyul 2025
Azərbaycan Prezidentinin Ermənistan Baş naziri ilə görüşünün nəticəsi məlum olub
821
13:34 / 10 İyul 2025
Rusiya yeni qırıcıları orduya cəlb etdi - VİDEO
49
13:30 / 10 İyul 2025
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi matçında BİABIRÇILIQ
40
13:26 / 10 İyul 2025
Yeni qanun imzalandı: Miras davaları kəskin azalacaq
114
13:22 / 10 İyul 2025
Ukrayna bir həftədir ki, ABŞ müdafiə naziri ilə danışıqlar apara bilmir
36
13:18 / 10 İyul 2025
ABŞ Rusiyadakı yeni səfir üçün razılaşma tələb etməyib
33
13:06 / 10 İyul 2025
Putindən Rusiyadakı azərbaycanlılara daha bir şok – Hamısını…
1889
11:59 / 10 İyul 2025
Əbu-Dabidə maraqlı kadr: O, yenə Prezidentin yanındadır - Video
433
11:57 / 10 İyul 2025
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək
44
11:38 / 10 İyul 2025
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
66
11:12 / 10 İyul 2025
Bakıda qəbiristanlıqda dəhşət: Məktəblini "alə" sözünə görə öldürdülər - VİDEO
740
11:08 / 10 İyul 2025
Polşa hava limanın bağlayır?
57
11:02 / 10 İyul 2025
Tramp misə 50% rüsum tətbiq edir
50
10:50 / 10 İyul 2025
Tokayev Trampa cavab verib
65
10:45 / 10 İyul 2025
Reuters: ABŞ Ukraynaya artilleriya mərmilərinin çatdırılmasını bərpa edir
53
10:39 / 10 İyul 2025
Dollar BAHALAŞDI – Manatla bağlı KRİTİK PROQNOZ
1354
10:37 / 10 İyul 2025
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
60
10:33 / 10 İyul 2025
DYP xəbərdarlıq etdi
47
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.