Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı jurnalist Camal Qaşıqçı cinayətində ittiham etmək üçün kifayət qədər dəlil yoxdur.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Floridada Mar-a-Lago iqamətgahında jurnalistlərə açıqlamasında deyib.
“Bu cinayətdən bütün dünya məsul tutulmalıdır. Çünki, dünyada kirli bir yerdir”, - Tramp bildirib.
Şahzadənin Qaşıqçı cinayəti barədə əvvəldən məlumat sahibi olduğu yönündə iddiaları qəti şəkildə rədd etdiyini dilə gətirən Tramp özünün mövqeyinin “bəlkə bilirdi, bəlkə də bilmirdi” şəklində olduğunu xatırladıb.
Daha əvvəl “Middle East Eye” saytında dərc olunan məqalədə bildirilirdi ki, ABŞ prezidenti Donald Tramp Camal Qaşıqçı cinayətindən sıyrılması üçün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı 450 milyard dollarlıq sərmayəyə razı salmağa çalışır. Oxu24.com
ŞƏRHLƏR