Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6882
az

Əli Bəy Hüseynzadə Bayraq Günü münasibəti ilə İstanbulda yad edildi

10:1109 Noyabr, 2018
1169
DÜNYA
  • A
 
Türkiyədə təhsil alan tələbələr bayrağımıza rənglərini verən şəxsiyyətə ehtiramla yad etdilər

İstanbulda Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi və Azərbaycan Diaspor Gəncləri təşkilatının birgə təşəbbüsü ilə 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı gənclər bayrağımızın ideoloqu, görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin məzarını ziyarət ediblər.

Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin qurucu və başqanı Rəşid Mustafazadə  9 noyabr Dövlət Bayrağı Gününün əhəmiyyətindən danışaraq bayrağın bir xalq üçün mənəvi və ideoloji cəhətdən nə qədər önəmli olduğunu vurğulayıb.

Azərbaycan Diaspor Gəncləri təşkilatının Türkiyə koordinatoru Ziya Süleymanlı çıxış edərək üçrəngli bayrağımızın dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının simvolu olduğunu qeyd edib.

Tədbirə qonaq qismində qatılan araşdırmaçı-jurnalist Dilqəm Əhməd Əli bəy Hüseynzadənin həyatı, fəaliyyət və yaradıcılığı barədə təfərrüatlı məlumat verərək, onun bugünkü üçrəngli bayrağımızın yaradılmasında verdiyi töhfələrdən söz açıb.

Daha sonra gənclər Əli bəy Hüseynzadənin ruhuna dualar oxuyaraq məzarı ətrafında abadlıq-təmizlik işləri aparıblar.


  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Akvariumda dəhşət: Nəhəng balıq "su pərisi"ni dişlədi - VİDEO
Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir
Türkiyədə uşaqlarla bağlı YENİ QADAĞA -"Bu onlara niyə lazımdır?"

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi