Qaynar xətt:

(+99450) 247 90 86

Pentaqon: "Rusiya Ukraynada hərbi gücünün 20 faizini itirib"

Pentaqon: \\\"Rusiya Ukraynada hərbi gücünün 20 faizini itirib\\\"

DÜNYA

394

09.04.2022, 20:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Ukraynada hərbi gücünün 20 faizinin itirib.

OXU24.COM report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, 800-1000 hərbçidən ibarət taktiki qrup taborların hissələri, faktiki olaraq, məhv edilib. Qoşunların qalıqları Rusiya və Belarus ərazisinə çəkilib.

Bildirilib ki, Rusiya 60 000 yeni hərbçi toplamaq niyyətindədir. Bundan sonra taktiki tabor qrupları bərpa ediləcək. Məlumata görə, Donbasa hücumun da bunun ardınca reallaşacağı gözlənilir. Pentaqonun hesablamasına əsasən, Donbasda və ya ona yaxın ərazidə Rusiyanın 40 taktiki tabor qrupu yerləşdirilib. Vurğulanıb ki, aprelin 6-da onların sayı 30 olub. Belə çıxır, Rusiya son günlər bölgəyə daha 10 000 hərbçi yerləşdirib.