Qaynar xətt:

(+99450) 247 90 86

Ermənilər də Rusiyadan imtina edir - Rəy sorğusunun sürpriz nəticələri açıqlandı

Ermənilər də Rusiyadan imtina edir - Rəy sorğusunun sürpriz nəticələri açıqlandı

DÜNYA

416

09.04.2022, 18:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

SOCIES ekspert mərkəzi Yerevan Universitetinin iştirakı və Konrad Adenauer fondunun maliyyə dəstəyi ilə Ermənistanda rəy sorğusu keçirib.

Rəy sorğusunun nəticələrinə görə respondentlərin 69.7 faizi Ermənistanın Rusiya ilə münasibətləri məhdudlaşdırmalı, Avropa İttifaqı və ABŞ-la münasibətləri isə genişləndirməli olduğunu bildirib.

Rəyi soruşulanların 34.1 faizi deyib ki, Ermənistan NATO-ya üzv olmalıdır.

Respondentlərin yalnız 29.1 faizi “təhlükəsizlik çətirinin” Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olduğunu deyib.

Respondentlərin 41 faizi ölkənin gələcəyini Avropa İttifaqında gördüyünü bildirib. Rəyi soruşulanların 28.7 faizi Avrasiya İqtisadi İttifaqında üzvlüyə tərəfdar olduğunu deyib.