Qaynar xətt:

(+99450) 247 90 86

Britaniya Ukraynaya əlavə hərbi yardım ayırıb

Britaniya Ukraynaya əlavə hərbi yardım ayırıb

DÜNYA

345

08.04.2022, 22:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Boris Conson Ukraynaya 100 milyon funt sterlinq dəyərində əlavə hərbi yardım ayrıldığını bildirib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Britaniyanın Baş naziri Boris Conson Ukraynada dəmiryol vağzalının bombalanmasının ardından ölkəsinin Ukraynaya yeni yardımını açıqlayıb.

Conson bu yardımın 100 milyon funt-sterlinq dəyərində olduğunu bildirib. Baş nazir bildirib ki, Böyük Britaniya əlavə hərbi texnika, o cümlədən “Starstreak” zenit raketləri və 800 tank əleyhinə raket göndərəcək.