Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyalı Nobel mükafatçısına hücum edildi - Foto

Rusiyalı Nobel mükafatçısına hücum edildi - Foto

DÜNYA

370

08.04.2022, 00:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nobel Sülh Mükafatı laureatı, “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratova Moskva-Samara qatarında olarkən naməlum şəxs hücum edib.

Bu barədə Muratovun özü məlumat yayıb.

Jurnalistin sözlərinə görə, hücum edən şəxs tək olub. O, Muratovun olduğu kupeyə girərək, üzərinə yağlı boya və aseton atıb. Həmin şəxs “Novaya qazeta” nəşrinin təsisçisi və baş redaktoruna: “Muratov, al, bizim oğlanların əvəzinə” , - deyə qışqırıb.

“Gözlərim dəhşətli dərəcədə yanır. Hər tərəfdə yağ qoxusu var. Gediş artıq 30 dəqiqə gecikib. Özümü yumağa çalışacağam”, - Muratov bildirib.

Qeyd edək ki, 2021-ci ilin oktyabrında Nobel Komitəsi Muratov və filippinli jurnalist Maria Ressenin "demokratiya və davamlı sülh üçün ilkin şərt olan söz azadlığını müdafiə etmək səylərinə görə" Sülh Mükafatına layiq görülüb.