Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! ABŞ-dan Rusiyaya şok zərbə: Bu qərar qəbul edidli

SON DƏQİQƏ! ABŞ-dan Rusiyaya şok zərbə: Bu qərar qəbul edidli

DÜNYA

955

06.04.2022, 19:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ administrasiyası "Sberbank" və "Alfa-Bank"a qarşı tam bloklayıcı sanksiyalar tətbiq edib.

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

"Biz Rusiyanın ən böyük banklarının və Mərkəzi Bankının ABŞ-la hər hansı bir iş görməsini dayandırmaqla, bütün aktivlərini dondurmaqla maliyyə zərbəsini kəskin şəkildə gücləndiririk”, - nümayəndə deyib.

Qeyd edək ki, ABŞ xarici borcuna xidmət edə bilməməsi üçün Rusiyanı dollara çıxış imkanından məhrum etməyə çalışır.

ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi həmçinin Rusiya Prezidenti Vladimir Putinin “böyük uşaqları”, xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı və qızı, eləcə də Rusiya Təhlükəsizlik Şurasının bir sıra üzvlərinə qarşı sanksiyalar tətbiq ediləcəyini açıqlayıb.

Nəyə görə kişilər gecə tumansız yatmalıdır? - Uroloq səbəbi açıqladı