İran bu ölkələri vuracaq -ŞOK SİYAHI
31 Oktyabr 2026, 22:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
356
05.04.2022, 19:49
İranla sərhəddə insident olub.
Dövltə Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən xəbərə görə, saat 20:45-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonu, Şıxalıağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının başçısı əsgər Həsənzadə Fərid Rəhman oğlu və naryadın üzvü əsgər Məhərrəmov Qabil Elgün oğlu tərəfindən 6 nəfər silahlı naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmaları müşahidə olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd ediblər.
Sərhəd naryadı yaranmış vəziyyətdə yüksək sayıqlıq və şücaət nümayiş etdirmiş, “Dövlət sərhədi haqqında” qanunun tələblərinə uyğun olaraq silah tətbiq edərək sərhəd pozucularından birini zərərsizləşdirib. Digər 5 nəfər ərazinin sıx qamışlıq, havanın qaranlıq olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olublar.
Zərərsizləşdirilmiş sərhəd pozucusunun İran vətəndaşı 26 yaşlı Behnam Balai olması müəyyənləşdirilib, onun yanında "AKM" tipli Kalaşnikov avtomatı, 3 ədəd bağlamada çəkisi 32 kiloqram 270 qram külli miqdarda narkotik vasitə aşkar olunub.
Hadisə yerindən uzaqlaşmış digər sərhəd pozucularının saxlanılması məqsədilə pilotsuz uçuş aparatlarının tətbiqi ilə xüsusi axtarış qruplarının həyata keçirdiyi intensiv tədbirlər nəticəsində sərhəd pozucularından biri - İran vətəndaşı Məhəmməd Zarehi Tağı sərhədboyu zolaqda qamışlıq sahədə gizləndiyi yerdə aşkarlanaraq saxlanılıb, digər sərhəd pozucularının yerlərinin müəyyən olunması istiqamətində qoşun və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.
Fakt üzrə cinayət işi başlanılıb, hazırda DSX və Baş Prokurorluq birgə əməliyyat-axtarış və istintaq tədbirlərini davam etdirir.
23:55 / 31 Oktyabr 2026
538
23:52 / 31 Oktyabr 2026
208
23:44 / 31 Oktyabr 2026
294
23:22 / 31 Oktyabr 2026
86
22:59 / 31 Oktyabr 2026
195
22:32 / 31 Oktyabr 2026
1402
22:31 / 31 Oktyabr 2026
130
21:19 / 31 Oktyabr 2026
134
21:09 / 31 Oktyabr 2026
129
20:59 / 31 Oktyabr 2026
1683
20:51 / 31 Oktyabr 2026
230
20:46 / 31 Oktyabr 2026
124
20:37 / 31 Oktyabr 2026
117
20:33 / 31 Oktyabr 2026
167
20:25 / 31 Oktyabr 2026
104
19:58 / 31 Oktyabr 2026
380
19:44 / 31 Oktyabr 2026
116
19:37 / 31 Oktyabr 2026
103
19:29 / 31 Oktyabr 2026
790
19:28 / 31 Oktyabr 2026
206
19:26 / 31 Oktyabr 2026
303
19:20 / 31 Oktyabr 2026
111
19:20 / 31 Oktyabr 2026
1206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.