Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! BMT Ukrayna ilə bağlı qərarını verdi: Qətnamə...

SON DƏQİQƏ! BMT Ukrayna ilə bağlı qərarını verdi: Qətnamə...

DÜNYA

2657

24.03.2022, 09:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

BMT Təhlükəsizlik Şurası (TŞ) çərşənbə günü Rusiya Federasiyasının Ukraynadakı vəziyyətlə bağlı qətnamə layihəsini dəstəkləməyib.

Oxu24.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya və Çin qətnamənin lehinə səs verib, Təhlükəsizlik Şurasının heç bir üzvü qətnamənin əleyhinə səs verməyib, Şuranın digər 13 üzvü (Fransa, Böyük Britaniya, ABŞ, Hindistan, İrlandiya, Keniya, Meksika, Norveç, Albaniya, Braziliya, Qabon, Qana, BƏƏ) səvermə zamanı bitərəf qalıb.

Qətnamənin qəbul edilməsi üçün daimi üzvlərdən heç birinin veto hüququndan istifadə etməməsi şərti ilə BMT Təhlükəsizlik Şurasının 15 üzvündən ən azı doqquzu (beşi daimi və on qeyri-daimi üzv) tərəfindən dəstəklənməlidir.

SON DƏQİQƏ! Gecə Rusiya ordusuna ağır zərbə vurulub: İtkilər şok etdi