Qaynar xətt:

(+99450) 247 90 86

İlon Mask Vladimir Putini təkbətək döyüşə çağırdı - Foto

İlon Mask Vladimir Putini təkbətək döyüşə çağırdı - Foto

DÜNYA

561

15.03.2022, 01:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünyanın ən zəngin adamı, “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask Rusiya prezidenti Vladimir Putini təkbətək döyüşə çağırıb.

OXU24.COM xəbər verir ki, bu barədə Mask Tvitter səhifəsində yazıb:

"Vladimir Putinə meydan oxuyuram. Təkbətək döyüşə dəvət edirəm. Mərc Ukraynadır".

O, daha sonra Kremlin səhifəsini də işarə edərək rus dilində duellə bağlı fikirlərini soruşub: 

"Bu döyüşə razısınızmı?".

Qeyd edək ki, İlon Mask müharibənin başlanğıcından Ukraynaya yalnız ianələr deyil, həm də sürətləndirilmiş "Starlink" peyk internetinin quraşdırılmasına da kömək edib.