Qaynar xətt:

(+99450) 247 90 86

“Çin Rusiya və Ukrayna arasında vasitəçi olmağa hazırdır”

“Çin Rusiya və Ukrayna arasında vasitəçi olmağa hazırdır”

DÜNYA

642

07.03.2022, 21:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çinin xarici işlər naziri Vanq Yi ölkəsinin Rusiya və Ukrayna arasında vasitəçi olmağa hazır olduğunu bildirib.

OXU24.COM CNN-ə istinadən xəbər verir ki, Çin vəziyyətin siyasi nizamlanmasına yönəlmiş konstruktiv beynəlxalq səyləri dəstəkləyir.

"Çin sülh danışıqlarının irəliləyişində konstruktiv rol oynamağa və lazım gəldikdə lazımi vasitəçiliyi həyata keçirmək üçün beynəlxalq ictimaiyyətlə işləməyə davam etməyə hazırdır", - Vanq Yi bildirib.

Çinin xarici işlər naziri belə bir rolun nədən ibarət olduğu və ya Çinin potensial iştirak səviyyəsi ilə bağlı ətraflı məlumat verməyib.

Eyni zamanda, Vanq Yi təsdiqləyib ki, “Rusiya və Çin arasında dostluq qaya kimi möhkəmdir” və bu, dünyada ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir.

“Çin-Rusiya münasibətlərinin inkişafı aydın tarixi məntiqə və güclü daxili hərəkətverici qüvvəyə malikdir. İki xalq arasında dostluq qaya kimi möhkəmdir, ikitərəfli əməkdaşlığın perspektivləri genişdir”, - deyə nazir bildirib.