Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski Putinlə Cenevrədə görüşmək istəyir

Zelenski Putinlə Cenevrədə görüşmək istəyir

DÜNYA

525

28.02.2022, 17:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 27-si İsveçrəyə müraciət edərək danışıqların Cenevrədə keçirilməsini xahiş edib.

OXU24.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Tages-Anzeiger" yayıb.

Bildirilir ki, görüşün məqsədi aydındır və bu, atəşin dayandırılmasıdır. Bununla yanaşı, danışıqlar fevralın 28-i BMT Təhlükəsizlik Şurasının insan haqları ilə bağlı iclası çərçivəsində keçirilə bilər.

Jurnalistlərin məlumatına görə, İsveçrə Prezidenti Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukrayna Prezidenti Vladimir Zelenski ilə əlaqə saxlayır.

Bununla belə, İsveçrə XİN iclasın Cenevrədə fevralın 28-i və ya martın 1-i keçirilməsi barədə məlumatları şərh etməyib.