Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ XƏBƏR! Görüş başlayır

TƏCİLİ XƏBƏR! Görüş başlayır

DÜNYA

494

28.02.2022, 12:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna nümayəndə heyəti Rusiya nümayəndələri ilə danışıqlarda iştirak etmək üçün Ukrayna-Belarus sərhədi ərazisinə gəlib.

Oxu24.com  xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, Ali Radanın deputatı Rüstəm Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski daxildir.

Rusiyanın heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir.

Danışıqların əsas məsələsi dərhal atəşkəs və qoşunların Ukrayna ərazisindən çıxarılmasıdır.