Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna-Rusiya danışıqlarının vaxtı açıqlandı - TƏCİLİ

Ukrayna-Rusiya danışıqlarının vaxtı açıqlandı - TƏCİLİ

DÜNYA

591

28.02.2022, 12:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna-Rusiya danışıqları bu gün Moskva vaxtı ilə saat 12.00-da baş tutacaq, bunu danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən  Vladimir Medinski bildirib.
 

Ukraynalılar danışıqlara Polşa helikopterində uçur. Ukrayna tərəfi də danışıqların saat 12.00-da baş tutacağını bildirir.
 
"Sluqi naroda" təşkilatının nümayəndəsi  Yevgeniya Kravçuk dbildirib ki,  Ukrayna nümayəndə heyəti danışıqlarda iştirak etmək üçün Polşa helikopterində  yola düşüb, bir saat yarım ərzində danışıqlara başlanacaq. 
 
Danışıqlarda Ukraynanı Xarici İşlər Nazirinin müavini Nikolay Toçitski təmsil edəcək.

O, Ukraynanın aparıcı diplomatlarından biridir. Eyni zamanda ölkənin Avropa İttifaqı missiyasındakı rəhbəri olub.