Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
04 Noyabr 2026, 00:11
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
603
27.02.2022, 13:09
Ukrayna raketdən müdafiə sisitemini almaq arzusunu dilə gətirib, amma İsrail…
Rusiyanın işğal etmək istədiyi əsas şəhər paytaxt Kiyevdir. Üç gündür ki, Kiyev ətrafında döyüşlər getsə də, Rusiya şəhəri nə vura, nə tuta bilər. Bu isə o rəyi yaradıb ki, Kiyevi İsrailin məşhur “Dəmir Günbəz” raketdən müdafiə sistemləri qoruyur.
Ukraynanın İsrailin “Dəmir Günbəz” və ya ona bənzər raketdən müdafiə sistemi almaq istəmələri haqda informasiyalar çoxdan var. Bu rəsmi Kiyev dilə də gətirib. Amma belə xəbərlər də vardı ki, Ukrayna özü də 2020-ci ildən raket əleyhinə müdafiə sisteminin yaradılması üzərində işlədiyi barədə iddialar vardı.
Müharibədən cəmi bir neçə gün əvvəl isə Ukraynanın hava hücumundan müdafiə sistemlərinin tədarükünə yardım etmək üçün İsrailə müraciət etdiyi deyilirdi. İsrailin "Kan 11" telekanalı Ukrayna hakimiyyətinin rəsmi müraciəti barədə məlumat paylaşmışdı. Yayılan informasiyada Kiyevin İsrailin hava hücumundan müdafiə vasitələrinin alınması ilə bağlı müqavilə bağlamaq istədiyi vurğulanırdı. Razılaşma rəsmiləşərdisə, tədarüklər yaxın bir neçə il ərzində həyata keçiriləcəkdi.
Qeyd edək ki, ekspertlər son illər iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə diqqət çəkiblər. 2022-ci ildə Ukrayna prezidenti Zelenskinin İsrailə səfəri planlaşdırılırdı və bu səfər zamanı silah tədarükü ilə bağlı müzakirə aparılacağı deyilirdi.
Maraqlıdır ki, fevralın əvvəlində İsrail Litva, Latviya və Estoniyaya satdığı silahların Ukraynaya verilməsini istəməmişdi.
Bu barədə fevralın əvvəlində “Delfi Breaking Defence”-ə istinadən yazırdı. Nəşr vəziyyətlə tanış olan, adının açıqlanmasını istəməyən mənbəyə istinadən bildirirdi ki, Təl-Əviv rəsmi Moskva ilə münasibətləri korlamaq istəmədiyindən bu tələbi səsləndirmişdi.
Yazıda qeyd edilirdi ki, Ukrayna İsrailin "Spike" tank əleyhinə raketini almağa ümid edir. Bütün Baltikyanı ölkələrdə bu kompleks müxtəlif variasiyalarda var. Eyni zamanda, Latviya LR, LR2, ER və SR adlı tank əleyhinə sistemlərin variantlarına malik olan İsrail silahlarının daha müxtəlif arsenalına malikdir.
Məlumat üçün deyək ki, "Dəmir Günbəz" batareyası dəstinin dəyəri təxminən 200 milyon dollardır, yalnız bir raketi zərərsizləşdirmək üçün atılan raketin dəyəri isə 50 ilə 150 min dollar arasında qiymətləndirilir. Bundan əlavə, “Dəmir günbəz”ə raketlərin atılmasını aşkarlamaq və onların hərəkət trayektoriyasını izləmək olan iki EL / M-2084 MMR radiolokasiya stansiyasını daxildir. Radar məlumatlarının işlənməsi və rəhbərliyi, demək olar ki, avtomatik olaraq iki komanda məntəqəsi tərəfindən həyata keçirilir. Radar sisteminin qiyməti 34,7 milyon dollar dəyərindədir. Sitemə daxil olan “Tamir” raket tutucusunun qiyməti isə 150 min dollar civarındadır. Məlumata görə, İsrail müdafiə qüvvələrində 10 “Dəmir günbəz” batareyası var. Son iki batareya hərbçilərin istifadəsinə 2019-2020-ci illərdə verilib. İsrailin raketdən müdafiə sistemləri Rusiya müdafiə sistemlərinə oxşardır. Fərqlər yalnız zenit kompleksləri və sistemlərinin tərkibindədir.
Amma “Dəmir Günbəz” 2021-ci ilin mayında Qəzza zolağında 10 gün davam edən qarşıdurmada İsrailin bütün əraziləri qoruya bilməyib. Bir neçə cəbhədə atılan raketləri tam zərərsizləşdirmək mümkün olmayıb. İddiaya görə, raketlərin sürətini, dəqiqliyini və atışların intensivliyin artırmaqla “Dəmir Günbəzi”n effektliyini aşağı salmaq mümkün olur.
05:10 / 04 Noyabr 2026
11
01:45 / 04 Noyabr 2026
140
01:07 / 04 Noyabr 2026
196
00:56 / 04 Noyabr 2026
239
00:38 / 04 Noyabr 2026
307
00:30 / 04 Noyabr 2026
157
00:29 / 04 Noyabr 2026
180
00:18 / 04 Noyabr 2026
250
00:11 / 04 Noyabr 2026
163
00:10 / 04 Noyabr 2026
269
23:58 / 03 Noyabr 2026
434
23:58 / 03 Noyabr 2026
3519
23:50 / 03 Noyabr 2026
211
23:40 / 03 Noyabr 2026
170
23:34 / 03 Noyabr 2026
251
23:04 / 03 Noyabr 2026
405
22:59 / 03 Noyabr 2026
129
22:52 / 03 Noyabr 2026
164
22:48 / 03 Noyabr 2026
130
22:45 / 03 Noyabr 2026
191
22:33 / 03 Noyabr 2026
167
22:30 / 03 Noyabr 2026
257
22:29 / 03 Noyabr 2026
291
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.