Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynaya 350 milyon dollar ayrıldı

Ukraynaya 350 milyon dollar ayrıldı

DÜNYA

404

26.02.2022, 20:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynaya 350 milyon dollar dəyərində təcili hərbi yardımın edilməsinə icazə verib.

Oxu24.com-un  CNN-ə istinadən xəbərinə görə, E.Blinken bildirib ki, yardım paketinə daxil olan silahlar Ukraynanın quru və havadan edilən hücumlara qarşı mübarizə qabiliyyətini gücləndirəcək.


"Bu paket Ukraynaya hazırda üzləşdiyi zirehli, hava-desant və digər təhlükələri aradan qaldırmaq üçün əlavə ölümcül müdafiə yardımını əhatə edəcək.

Bu, ABŞ-ın öz suveren, cəsur və qürurlu xalqını müdafiə edən ukraynalıların yanında olduğuna dair daha bir açıq siqnaldır" - deyə Blinken bildirib.

“Bayraktar”lar Rusiya konvoyunu belə məhv etdi - VİDEO