Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna xalqı qəhrəmanlıq göstərir: Özünü partladıb rus tanklarının qarşısını alan qəhrəman budur

Ukrayna xalqı qəhrəmanlıq göstərir: Özünü partladıb rus tanklarının qarşısını alan qəhrəman budur

DÜNYA

830

25.02.2022, 18:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Silahlı Qüvvələri ikinci gündür ki, Ukraynanın müxtəlif şəhərlərinə hərbi əməliyyatlar keçirir. Rəsmi olmayan məlumatlara görə, rusiyalı hərbçilər ölkənin müxtəlif şəhərlərinə nəzarət etsə də, Ukrayna ordusu da dünəndən bu günə bir çox əraziləri geri qaytarmağı bacarıb.

Oxu24.com  xəbər verir ki, ukraynalı hərbçilər arasında bəzi bölgələrdə könüllü təslim olanlar olsa da, ölkənin təhlükəsizliyi üçün öz həyatlarından keçənlər də kifayət qədərdir. Belə ki, ötən gün Geniçesk avtomobil körpüsünü partladan və özü də partlayış zamanı həyatını itirən Vitali Skakunu misal göstərmək olar.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb ki, Vitali Skakun öz həyatını qurban vermək bahasına magistral yolun üzərində yerləşən körpünü partladıb və Rusiya ordusuna məxsus texnikaların hərəkətinə maneə yaradıb.

SON DƏQİQƏ! Rusiyanın Ukraynada böyük itkiləri açıqlandı: ŞOK RƏQƏM