Qaynar xətt:

(+99450) 247 90 86

Mərkəzi Bankın sədri 2027-ci il üçün PLANLARI AÇIQLADI

Mərkəzi Bankın sədri 2027-ci il üçün PLANLARI AÇIQLADI

CƏMİYYƏT

72

04.11.2026, 12:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2027-ci ildə də Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaq.

Oxu24.com  xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

AMB sədri bildirib ki, qiymət sabitliyi balanslaşdırılmış və dayanıqlı iqtisadi artım üçün bundan sonra da zəmin yaradacaq: “Növbəti ildə də pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək. Məzənnə sabitliyi 2027-ci ildə də qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək. Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı növbəti ildə də dəstəkləyəcək.

2027-ci ildə də pul bazarında qısamüddətli faizlər pul siyasətinin köməkçi əməliyyat hədəfi olaraq istifadə olunacaq. Pul bazarındakı qısamüddətli faizlərin faiz dəhlizi daxilində hərəkət etməsi üçün mövcud alətlərdən adekvat və çevik istifadə ediləcək. Pul siyasətinin ötürücülüyündə faiz kanalının gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.

Pul siyasətinin makroprudensial siyasət və Mərkəzi Bankın digər siyasət istiqamətləri ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi növbəti ildə də diqqətdə saxlanılacaq. Maliyyə sektorunun dərinləşməsi və maliyyə sabitliyinin möhkəmlənməsi pul siyasətinin ötürücülüyünə müsbət təsir göstərəcək”.