Bakıda güclü yanğın:sakinlər təxliyə olunub
04 Noyabr 2026, 11:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
53
04.11.2026, 11:03
2027-ci ildə Azərbaycanda 52 dövlət müəssisəsi dövlət büdcəsinə ümumilikdə 872 milyon manat dividend ödəməli olacaq.
Oxu24.com xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Büdcə zərfinə əsasən, 2026-cı illə müqayisədə dividend öhdəliyi olan müəssisələrin ümumi sayı 26 dəfə, dividend ödənişinin ümumi məbləği isə 45,3 % artırılıb.
Gələn il dividendin 434 milyon manatını Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), 175 milyon manatını isə "Azərbaycan Beynəlxalq Bankı" ASC ödəməlidir.
Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinə məxsus "Azərsilah" QSC Müdafiə Sənayesi Holdinqi 71,3 milyon manat, "Azərbaycan Hava Yolları" QSC 48,8 milyon manat, "AzerGold" QSC 39,6 milyon manat, "Azərenerji" ASC 36,5 milyon manat, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC-nin səhmdarı olduğu "Azercell Telecom" MMC 21,3 milyon manat, İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC 7,9 milyon manat, "Azəralüminium" MMC 4 milyon manat, Dövlət Reklam Agentliyi 3,1 milyon manat, "Azərişıq" ASC 2,4 milyon manat, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 2,3 milyon manat, digər dövlət müəssisələri isə ümumilikdə 25,8 milyon manat dividend ödəməli olacaq.
Prezident İlham Əliyev ötən il dekabrın 29-da "Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar"ı təsdiqləyib. Qaydalar dövlət büdcəsinə dividend ödənişlərinə dair nəzarət mexanizmləri ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir. Qaydalara əsasən, dövlət müəssisələri xalis mənfəətinin azı 30 %-ni dividend kimi dövlət büdcəsinə ödəməlidir. Bu, səhmləri ölkə hüdudlarından kənarda aparıcı birjaların listinq siyahısında yer alan dövlət müəssisəsinə şamil edilmir.
11:32 / 04 Noyabr 2026
1
11:25 / 04 Noyabr 2026
22
11:18 / 04 Noyabr 2026
123
11:14 / 04 Noyabr 2026
125
11:10 / 04 Noyabr 2026
52
11:06 / 04 Noyabr 2026
54
11:05 / 04 Noyabr 2026
47
11:02 / 04 Noyabr 2026
61
10:50 / 04 Noyabr 2026
60
10:46 / 04 Noyabr 2026
437
10:39 / 04 Noyabr 2026
72
10:28 / 04 Noyabr 2026
86
10:26 / 04 Noyabr 2026
77
10:24 / 04 Noyabr 2026
156
10:16 / 04 Noyabr 2026
88
10:10 / 04 Noyabr 2026
135
10:03 / 04 Noyabr 2026
207
10:00 / 04 Noyabr 2026
103
09:54 / 04 Noyabr 2026
119
09:52 / 04 Noyabr 2026
89
09:43 / 04 Noyabr 2026
95
09:31 / 04 Noyabr 2026
119
09:30 / 04 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.