Qaynar xətt:

(+99450) 247 90 86

Vəzifəli şəxsə qarşı İTTİHAM

Vəzifəli şəxsə qarşı İTTİHAM

CƏMİYYƏT

71

04.11.2026, 10:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham edilir.

Oxu24.com xəbər verir ki,APA-nın əldə etdiyi məlumata görə, “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin hesabatlıq üzrə mütəxəssisi Vüqar Hüseynova Cinayət Məcəlləsiin 179.3.2, 308.2, 313-cü maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, təqsirləndirilən Vüqar Hüseynov işlədiyi dövr ərzində 125 min manatdan çox vəsaiti mənimsəyib.

Onun istintaq dövründə ziyanın 45 min manatını ödədiyi bildirilir.

İstintaq dövründə onun barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkmiş şəxs qismində TƏBİB tanınıb.