Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda güclü yanğın:sakinlər təxliyə olunub

Bakıda güclü yanğın:sakinlər təxliyə olunub

CƏMİYYƏT

77

04.11.2026, 11:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb, sakinlər təxliyə olunub.

Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Yanğın nəticəsində binanın şaxtasında elektrik naqilləri və zirzəmi hissəsində elektrik lövhəsi yanıb.