Qaynar xətt:

(+99450) 247 90 86

Araik niyə Yerevana qarşı bunt qaldırdı...

Araik niyə Yerevana qarşı bunt qaldırdı...

DÜNYA

479

28.12.2021, 22:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərində qeyri-adi vəziyyət yaranıb. Xankəndində fəaliyyət göstərən oyuncaq rejim, - "hakimiyyətindən müxalifətinə qədər", - Ermənistan hakimiyyətinə qarşı bunt qaldırıb. Və belə vəziyyət 90-cı illərin əvvəllərindən bəri ilk dəfədir yaşanır.

Belə vəziyyətin yaranmasına isə baş nazir Nikol Paşinyanın son açıqlamaları olub. Paşinyan onu "Qarabağı Azərbaycana verməkdə" ittiham edənlərə cavab olaraq deyib ki, əslində onun hakimiyyətindən əvvəl də danışıqlarda yaranmış vəziyyət Dağlıq Qarabağın statusunun ancaq Azərbaycanın tərkibində mümkün ola biləcəyini təsdiqləyirdi. Paşinyanın sözlərinə görə, ona elə danışıqlar irsi miras qalmışdı ki, həmin vəziyyətdə Qarabağın ermənilərə aid olduğunu deyə bilməzdi. (Baxmayaraq ki, Paşinyan 2018-ci ildə "Qarabağ Ermənistandır, nöqtə" deyərək danışıqlar prosesinə nöqtə qoymuşdu, - red.). Paşinyan dolayısıyla bunu da deyib ki, indiki vəziyyətdə Dağlıq Qarabağın Azərbaycana aid olması ilə barışmaq lazımdır.

 

Lakin Xankəndində gözlənilməz demarş baş verib, həm oyuncaq rejimə başçılıq edən Araik Arutyunyan, həm qondarma "parlament" Paşinyanın bəyanatlarını rədd ediblər, yenə də "arsaxın öz müqəddəratını təyin etməsindən" və digər bu kimi mənasız məsələlərdən danışıblar.

Ermənistanda nəşr edilən "Hraparak" qəzeti yazır ki, əslində bütün bunlar Paşinyanın general Samvel Babayanın əliylə (qondarma "dqr"in keçmiş "müdafiə naziri" və "təhlükəsizlik şurasının katibi" kimi vəzifələr tutub) Araik Arutyunyanı "hakimiyyətdən" kənarlaşdırmaq planının birinci mərhələsidir. Belə ki, əvvəlcə Paşinyan Xankəndində Araiki "impiçmentlə" hakimiyyətdən kənarlaşdırmaq istəyib. Belə olan halda Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki ərazilərdə qondarma "prezident" kürsüsü də boş qalacaqdı, çünki Azərbaycan bu ərazilərdə yeni qanunsuz seçkilərin keçirilməsinə imkan verməyəcək.

 

Bu cəhd alınmayanda Araiki etiraz aksiyaları ilə qovmaq planları qurulur. Bildirilir ki, Babayan bəzi çevrələrin dəstəyi ilə ona qarşı etiraz aksiyaları təşkil etməyə hazırlaşır. Məlumata görə, bu günlərdə Samvel Xankəndində Araiklə görüşmək istəyib, amma rədd cavabı alıb.

Qeyd edək ki, əslində Ermənistanın kapitulyasiyasının ardınca Araik də tezliklə "hakimiyyətdən və siyasətdən gedəcəyi" barədə bəyanat vermişdi. Amma daha sonra nə oldusa o, həmin planlarından daşındı və oyuncaq rejimə başçılıq etməkdə davam etdi. Bu ilin əvvəllərində Xankəndində  "Azadlıq" radiosuna danışan mənbələr demişdi ki, Araik getmək istəyib, amma ruslar ona qalmağı tapşırıblar...

Görünən odur ki, Rusiya sülhməramlılarının nəzarətindəki Azərbaycan ərazilərində fəaliyyətlərini davam etdirən separatçı tör-töküntüləri Paşinyanın Azərbaycanla yekun sülhə nail olmaq səylərindən elə də məmnun deyillər.

Prezident İlham Əliyev Pakistanın Azərbaycana dəyişməz dəstəyini yüksək qiymətləndirib 

13:06 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev Pakistanın Azərbaycana dəyişməz dəstəyini yüksək qiymətləndirib 

142

0
Zakir Həsənovun şəkil çəkdirdiyi əkizlər kimdir? 

12:47 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Zakir Həsənovun şəkil çəkdirdiyi əkizlər kimdir? 

459

1
Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

12:46 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

125

1
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

12:39 / 08 Noyabr 2026

HƏRBİ HƏRBİ

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

119

0
Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

12:35 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

734

0
Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

12:29 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

153

1
Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

12:28 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

145

0
Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

12:27 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

130

0
Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

12:22 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

131

0
Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

12:17 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

136

0
Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

12:16 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

153

0
Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

12:14 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

162

0