Merz Ukrayna naminə Almaniyanın nüfuzuna xələl gətirməkdə ittiham olunur
10 Noyabr 2026, 21:51
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
7402
16.09.2021, 10:10
Ukrayna Prezidentinin rəsmi internet saytında BMT Baş Assambleyasının 76-cı sessiyasında bu ölkənin ərazi bütövlüyü əleyhinə səs vermiş Ermənistan və Belarusa qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı petisiya yaradılıb.
Petitsiyanın təşəbbüsçülərindən olan “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukrayna Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı mütəxəssisi, hərbi və siyasi şərhçi Aleksandr Kovalenko “Report”un Şərqi Avropa bürosuna bildirib ki, sentyabrın 14-dən elan olunan petisiyada səsvermə sürətlə gedir.
O deyib ki, petisiya 92 gün davam edəcək və 25 min müsbət rəy verən izləyici yığmalıdır: “Ukrayna ilə təmasdan, əsasən də iqtisadi əlaqələrdən faydalanıb, amma ölkəmiz əleyhinə səs verənləri qanun çərçivəsində cəzalandırmaq istəyirik. Məsələn, Belarus Ukrayna ilə ticari əlaqələrdən ildə xeyli fayda götürür. O cümlədən Ermənistan bundan da artıq fayda götürür. Bundan başqa Ukraynada kifayət qədər erməni diasporu fəaliyyət göstərir ki, onlar da Ermənistanın büdcəsinin burdan faydalanmasında rol oynayırlar. Bizim petisiyanın da məqsədi bütün bunların qarşılığında Ukraynanın ərazi bütövlüyünə hörmət qoymayan bu ölkəyə və diasporuna qarşı ciddi sanksiyaların tətbiq edilməsidir. Çünki Ermənistan ilk dəfə deyil ki belə hərəkətə yol verir”, - o əlavə edib.
Xatırladaq ki, “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki vəziyyətə dair” adlı bəndin BMT Baş Assambleyasının 76-cı sesiyasının gündəliyinə salınmasına dair keçirilən səsvermə zamanı Azərbaycan lehinə, Ermənistan isə əleyhinə səs verib.
22:04 / 10 Noyabr 2026
43
21:55 / 10 Noyabr 2026
235
21:51 / 10 Noyabr 2026
63
21:49 / 10 Noyabr 2026
70
21:46 / 10 Noyabr 2026
58
21:44 / 10 Noyabr 2026
70
21:40 / 10 Noyabr 2026
71
21:33 / 10 Noyabr 2026
18591
21:19 / 10 Noyabr 2026
93
21:12 / 10 Noyabr 2026
107
21:10 / 10 Noyabr 2026
326
20:56 / 10 Noyabr 2026
95
20:54 / 10 Noyabr 2026
371
20:46 / 10 Noyabr 2026
108
20:35 / 10 Noyabr 2026
125
20:17 / 10 Noyabr 2026
108
20:10 / 10 Noyabr 2026
1294
19:59 / 10 Noyabr 2026
112
19:58 / 10 Noyabr 2026
109
19:52 / 10 Noyabr 2026
117
19:52 / 10 Noyabr 2026
116
19:43 / 10 Noyabr 2026
124
19:40 / 10 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.