Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyadan dəhşətli xəbər: Ölən və xeyli sayda yaralı var

Rusiyadan dəhşətli xəbər: Ölən və xeyli sayda yaralı var

DÜNYA

1886

13.08.2021, 10:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Rusiyanın Voronej şəhərində sərnişin avtobusunda baş verən partlayış zamanı xəsarət alanların sayı 18 nəfərə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib. "Xəsarət alanların sayı 18 nəfərə çatdı, onlardan biri - qadın öldü", - Qusev özünün teleqram sosial şəbəkəsindəki hesabında yazıb.
Qeyd edək ki, xəsarət alanlar arasında uşaq yoxdur. Faktla bağlı cinayət işi qaldırılıb. Partlayışa avtobusun qaz avadanlığında yaranmış nasazlıq səbəb olub. İlkin ehtimala görə, hadisə qaz sızması nəticəsində baş verib. Partlayış zamanı avtobusda 35 nəfər olub.