Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə MN-dən generalın da öldüyü hadisə barədə AÇIQLAMA

Türkiyə MN-dən generalın da öldüyü hadisə barədə AÇIQLAMA

DÜNYA

2989

05.03.2021, 23:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bitlisdə hərbi helikopterin qəzaya uğradığı ərazidə aparılan araşdırmalar nəticəsində hər hansı partlayış, yaxud yanma izinə rast gəlinməyib.

Oxu24.com  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatında bildirilib ki, ilkin təhqiqat nəticəsində helikopterin hava şəraitinin anidən dəyişməsi nəticəsində qəzaya uğradığı müəyyən edilib:

“Quru Qoşunları Komandanlığının müvafiq bölmələri əraziyə gəlib. Yekun nəticə onların detallı araşdırmasından sonra ortaya çıxacaq”.

Xatırladaq ki, ötən gün Bitlisdə hərbi helikopterin qəzaya uğraması nəticəsində 11 türk əsgəri həlak olub, 2-i yaralanıb. Ölənlər arasında general da var.