Rusiya Ukraynanın 1198 dronunu vurub
13 Noyabr 2026, 12:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
2676
05.03.2021, 12:15
Ötən gün Türkiyə Silahlı Qüvvələri ardıcıl faciə xəbərlərinə qərq oldu.
Qardaş ölkədə eyni gündə bir hərbi helikopter və bir hərbi avtomobilin qəzası nəticəsində 11 hərbçi şəhid oldu, 11 hərbçi isə yaralandı. İtkilər içərisində yüksəkrütbəli hərbçilərin olması isə faciənin dəhşətini daha da artırırdı.
Türkiənin Bingöl şəhərindən Bitlisə yola düşən "Cougar” tipli hərbi helikopteri ilə 15:25-də rabitə itmişdi. Qəza nəticəsində içərisində Elazığ 8-ci ordu korpusunun komandiri, korpus generalı Osman Erbaşın da olduğu 9 hərbçinin şəhid olması, 4 nəfərin isə yaralanması açıqlandı. Lakin bir müddət sonra yaralılardan ikisi də dünyasını dəyişərək, şəhid sayı 11-ə çatıb.
İlkin açıqlamaya gör, hadisəyə anidən dəyişən hava şəraiti səbəb olub. Hazırda hadisə ilə istintaq qrupu yaradılıb və ətraflı araşdırma aparılır.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin inventarına 1990-cı ildə daxil edilən "Cougar” tipli hərbi helikopteri ilə bugünədək 4 qəza olub və bu qəzalar nəticəsində həyatını itirən türk hərbçilərin sayı 37-ə çatıb.
Digər qəza Şırnak bölgəsində, Şırnak-Cizrə avtomobil yolunun 25-ci kilometrliyində baş verib. Hərbi avomtobilin aşması nəticəsində 11 hərbi qulluqçu xəsarət alıb. Bu baş vermiş qəzaya isə havanın yağışlı, yolun sürüşkən olması səbəb olub. Hazırda həmin 11 hərbçinin həyatı ilə bağlı ciddi narahatlıq yoxdur.
Bütün Türkiyəni dərin hüznə qərq edən hadisə nəticəsində ilk başsağlığı mesajını Azərbaycan prezidenti İlham Əliyev verdi. Müdafiə, Xarici işlər, Mədəniyyət nazirləri də daxil olmaqla bir çox dövlət rəsmilərinin ünvanladığı başsağlığında qardaş ölkə ilə həmrəylik ifadə olunurdu.
///BAKU.WS
16:08 / 13 Noyabr 2026
1
16:00 / 13 Noyabr 2026
42
15:42 / 13 Noyabr 2026
179
15:37 / 13 Noyabr 2026
65
15:30 / 13 Noyabr 2026
61
15:01 / 13 Noyabr 2026
78
14:59 / 13 Noyabr 2026
183
14:50 / 13 Noyabr 2026
92
14:46 / 13 Noyabr 2026
84
14:33 / 13 Noyabr 2026
92
14:24 / 13 Noyabr 2026
473
14:17 / 13 Noyabr 2026
405
14:12 / 13 Noyabr 2026
91
14:05 / 13 Noyabr 2026
168
14:00 / 13 Noyabr 2026
94
13:43 / 13 Noyabr 2026
193
13:41 / 13 Noyabr 2026
94
13:20 / 13 Noyabr 2026
92
13:05 / 13 Noyabr 2026
211
12:57 / 13 Noyabr 2026
158
12:45 / 13 Noyabr 2026
143
12:32 / 13 Noyabr 2026
175
12:20 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.