Qaynar xətt:

(+99450) 247 90 86

Koçaryandan Qarabağda yeni müharibə anonsu: Rusiyanın...

Koçaryandan Qarabağda yeni müharibə anonsu: Rusiyanın...

DÜNYA

2391

04.03.2021, 21:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qarabağdakı “haqsız” sülh yeni müharibəyə səbəb ola bilər.

Publika.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib.

O, cümə axşamı Rusiya KİV-ləri üçün keçirdiyi mətbuat konfransında bildirib ki, tərəflərdən biri müharibənin nəticələri ilə razılaşmırsa, əlverişli şəraitdə yenidən döyüşlər başlaya bilər.

Koçaryanın sözlərinə görə, müharibə ATƏT-in Minsk qrupunun deyil, Ermənistan rəhbərliyinin uğursuzluğu idi: “Minsk qrupuna indi ehtiyac var. Rusiyanın da buna ehtiyacı var. Qarabağın statusu ilə bağlı danışıqlar prosesinin hansı istiqamətdə gedəcəyini söyləmək çətindir.

Siyasi həll yolu tapmalıyıq. Əgər Azərbaycan Qarabağ problemini həll etdiklərini düşünürsə, bu, günümüzün ən yaxşı mövqelərinə baxmayaraq, əksini ifadə edəcək”.