Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyanın dövlət bankı ABŞ-ı tərk etdi

DÜNYA

1170

03.09.2018, 20:26

\"\" Rusiyanın dövlət maliyyə strukturu olan VTB ABŞ-dakı törəmə şirkətini satıb.
Oxu24.com “İnterfaks”a istinadən xəbər verir ki, “VTB Capital\" elə VTB-nin menecmentinə satılıb. Bundan sonra “VTB Capital” adını dəyişərək (Xtellus Capital Partners) ABŞ bazarında müstəqil fəaliyyət göstərəcək. Anlaşmaya əsasən, “Xtellus Capital Partners” Rusiyanın VTB qrupu üçün ABŞ bazarında broker-diler funksiyasını yerinə yetirəcək. Bu isə bankın müştərilərinə ABŞ bazarında investisiyalara çıxış imkanlarını qoyuyub saxlamağa imkan verəcək.