Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Rusiyada yeni növ virus yayıldı

SON DƏQİQƏ! Rusiyada yeni növ virus yayıldı

DÜNYA

852

20.02.2021, 19:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada ilk dəfə insanın quş qripinə yoluxması faktı qeydə alınıb.

Oxu24.com -un  xəbərinə görə, bu barədə “Rospotrebnadzor”un rəhbəri Anna Popova “Rossiya 24” kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vektor mərkəzinin alimləri Rusiyanın cənubunda yerləşən quşçuluq fabrikinin 7 əməkdaşında quş qripinin yeni A(H5N8) növünü aşkarlayıblar.

A. Popova quş qripinə yoluxan şəxslərin özlərini yaxşı hiss etdiklərini qeyd edib.

“Hələlik quş qripinin insandan insana keçməsi halı qeydə alınmayıb”, - deyə o vurğulayıb.