Qaynar xətt:

(+99450) 247 90 86

Erməni valideynlər Tonoyanla görüş tələb edir: “Övladlarımızı qaytarın”

Erməni valideynlər Tonoyanla görüş tələb edir: “Övladlarımızı qaytarın”

DÜNYA

673

16.11.2020, 15:31

Hərbçi övladları itkin düşmüş analar Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirir.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar Ermənistanın müdafiə naziri David Tonoyan və baş qərargah rəisi Onik Qasparyanla görüş tələb edirlər. “Övladlarımız haradadır? Uşaqlarımızı qaytarın! Niyə onlar heç bir siyahıda yoxdurlar?!”, - valideynlərdən biri söyləyib.
Digər bir valideynin sözlərinə görə, oğlu ilə birgə bütöv tabor Martuni-Cəbrayıl arası istiqamətdə itkin düşüb. Qeyd olunub ki, hazırda Müdafiə Nazirliyinin binası polis tərəfindən mühasirəyə alınıb.