Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ İrana qarşı sanksiyaları sərtləşdirir

ABŞ İrana qarşı sanksiyaları sərtləşdirir

DÜNYA

1322

16.11.2020, 04:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Amerika Birləşmiş Ştatları İrana qarşı sanksiyaları sərtləşdirmək istəyir.

Oxu24.com  yerli KİV-ə istinadən bildirir ki, bu, ABŞ-ın dövlət katibi Mayk Pompeonun adından yayılan yazılı açıqlamada yer alıb.

Açıqlamada qeyd olunur ki, bir il əvvəl İrandakı nümayişlərdən sonra rəsmi Tehran həyata keçirdiyi repressiyaların izlərini senzura, hədə-qorxu yolu ilə gizlətməyə çalışıb və ölkədə internetə tam məhdudiyyət qoyulub.

Amerika diplomatiyasının rəhbəri hesab edir ki, İran tərəfi həmin cinayətlərlə bağlı müstəqil istintaq aparmaqdan hələ də imtina edir.

Sanksiyaların gələn həftədən sərtləşəcəyi gözlənilir.