17 il xidmət etmiş nüfuzlu general indi maşın yuyur
15 Noyabr 2026, 22:34
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1066
15.11.2020, 22:31
Azerforum.com xəbər verir ki, İrəvanda yenə aləm dəyib bir-birinə. Bu dəfə məsələ Paşinyanla bağlı deyil. Amma Paşinyana dəxli çoxdur. Sən demə, Paşinyanın gözəlçəsi Anna Akopyan qurama respublikada at oynadırmış. Həə, bir də deyirlər ki, Anna … Bu barədə bir az sonra. Qayıdaq Anna Akopyanın Qarabağ sərgüzəştlərinə. Sən demə, Nikolun gözəlçəsi Qarabağda hər şeyə burnunu soxurmuş. Bunu mən yox, Rusiyada yaşayan erməni media maqnatı Avram Qabrelyanov deyir.
Bu günlərdə Qabrelyanov radio efirdə Vladimir Solovyovun qonağı olarkən açıb sandığı, töküb pambığı. Deyib ki, Annanın iki gündən bir Qarabağda peyda olmasının səbəbi başqaymış. Belə ki, hərbi əməliyyatlarla bağlı keçirilən müzakirələrdə Anna aktiv iştirak edirmiş. Və bütün göstərişləri Anna verirmiş. Qabrelyanov onu da deyib ki, həmən iclasların birində Paşinyanın arvadı ona etiraz edən general Movses Akopyanın üstünə bərk çəmkirib. İclasda müxbir kimi iştirak edən Qabrelyanovun tulası bloger Semyon Peqov da bütün bunları lentə alıb. İclasdan sonra qurama respublika rəhbərinin mətbuat katibi Vaqram Poqosyan video çəkilişin ona verilməsini tələb edib. Lakin Peqov Poqosyanı eşitməyib. Bildirib ki, onun ağası Poqosyan yox, Qabrelyanovdur. Bundan sonra Poqosyanla Peqov olublar qanlı düşmən. Qabrelyonov efirdən Poqosyanın ünvanına təhqirlər yağdırıb. Deyib ki, “Ə tula, sən kim olursan ki, mənim adamımı ölümlə hədələyirsən?”.
Guya Poqosyan Peqova deyib ki, “Peqov, səni azərbaycanlılardan qabaq mən öldürəcəm”.
Aram Qabrelyanov Poqosyanın Peqova olan düşmənçiliyinin səbəbini Solovyova tam deməsə də, özünün sosial səhifəsində bunu yazıb. Bildirib ki, mətbuat katibinin Peqovla düşmənçiliyinin əsas səbəbi Anna Akopyanla Poqosyan arasında olan “isti” münasibətlərdən blogerin xəbər tutması və bu xəbəri bəzi adamlara, o cümlədən Qabrelyanova ötürməsidir.
İndi Ermənistan mətbuatı yazır ki, Poqosyan Peqovun tapılması və cəzalandırılması üçün bütün imkanlarını səfərbər edib.
Həəə, əziz oxucu! Burda deyiblər ey, “oğurluqla q… 40 gün çəkər”. İndi bildinizmi, Anna Akopyan niyə Qarabağın yolunu su yoluna döndərib?!
Sən demə, torbada pişik var imiş. Çünki şair deyir ki, “eşq adamı öldürmür, saraldıb bədrəng edir”. Eynən Anna Akopyan kimi…
Surxay Atakişiyev,
KONKRET
23:07 / 15 Noyabr 2026
3
22:43 / 15 Noyabr 2026
100
22:34 / 15 Noyabr 2026
78
22:24 / 15 Noyabr 2026
64
22:05 / 15 Noyabr 2026
776
21:57 / 15 Noyabr 2026
302
21:37 / 15 Noyabr 2026
1061
21:07 / 15 Noyabr 2026
1003
20:58 / 15 Noyabr 2026
489
20:55 / 15 Noyabr 2026
136
20:44 / 15 Noyabr 2026
319
20:39 / 15 Noyabr 2026
123
20:30 / 15 Noyabr 2026
150
20:09 / 15 Noyabr 2026
402
19:51 / 15 Noyabr 2026
435
19:37 / 15 Noyabr 2026
146
19:17 / 15 Noyabr 2026
149
19:09 / 15 Noyabr 2026
137
18:40 / 15 Noyabr 2026
155
18:05 / 15 Noyabr 2026
165
17:53 / 15 Noyabr 2026
2092
17:43 / 15 Noyabr 2026
809
17:16 / 15 Noyabr 2026
740
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.