17 il xidmət etmiş nüfuzlu general indi maşın yuyur
15 Noyabr 2026, 22:34
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
2314
15.11.2020, 22:00
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanatla ordumuzun hərbi cəbhədəki qələbəsi diplomatik cəbhədə də rəsmiləşdirildi.
Oxu24.com xəbər verir ki, bəyanata müvafiq olaraq, Dağlıq Qarabağda sülhməramlılar yerləşdirilib və proses, onun səbəbləri hazırda geniş müzakirə olunur.
Ümumi mənzərə onu deməyə əsas verir ki, bəzi hallarda sülhməramlı missiyanın mahiyyəti düzgün başa düşülmür və ya ümumiyyətlə təhrif edilir.
Belə isə sülhməramlı missiya nədir?
İlk öncə qeyd edək ki, BMT mandatlı və bu mandatdan kənarda olan qüvvələr münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərirlər. Hazırda sülhməramlı qüvvələr Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-divuar və digər münaqişə bölgələrində müvafiq missiya yerinə yetirirlər.
Ümumilikdə BMT mandatlı 13 sülhməramlı missiya mövcuddur, bundan başqa BMT mandatı altında fəaliyyət göstərməyən daha 7 sülhməramlı missiya var.
Sülhməramlıların missiyası situasiyadan asılı olaraq fərqlənir. Lakin bütün sülhməramlı missiyalar öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanırlar, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verirlər.
Missiyalar bir-birindən fərqlənsə də, hər bir əməliyyata aid olan ümumi cəhətlər mövcuddur:
- Sülhməramlılar müvafiq bölgəyə münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında yerləşdirilir;
- Sülhməramlılar qərəzsiz və neytral olmalıdır;
- Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər;
- Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir;
- Keçid dövrünün çətinliklərinin aradan qaldırılmasına və tərəflər arasında əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərinin yaradılmasına dəstək göstərilir;
- BMT sülhməramlıları olmayan missiyaların fəaliyyəti üçün müəyyənləşdirilən hüquqi baza və onların həyata keçirdiyi sülhməramlı əməliyyatlar beynəlxalq hüquqa əsaslanır;
Hazırda Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinin hüquqi bazası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyanatdır.
Dağlıq Qarabağa yerləşdirilən sülhməramlı kontingent Rusiya silahlı qüvvələrinin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasının hərbçiləridir. Həmin briqada Rusiyada BMT mandatı altında sülhməramlı missiyalarda iştirak üçün xüsusi yaradılmış yeganə heyətdir.
Sülhməramlı missiya Dağlıq Qarabağa dəqiq və konkret məqsədlə yerləşdirilib: dövlət başçılarının birgə bəyanatında nəzərdə tutulmuş vəzifələrin icrasına dəstək göstərmək.
23:07 / 15 Noyabr 2026
3
22:43 / 15 Noyabr 2026
100
22:34 / 15 Noyabr 2026
78
22:24 / 15 Noyabr 2026
64
22:05 / 15 Noyabr 2026
776
21:57 / 15 Noyabr 2026
302
21:37 / 15 Noyabr 2026
1061
21:07 / 15 Noyabr 2026
1003
20:58 / 15 Noyabr 2026
489
20:55 / 15 Noyabr 2026
136
20:44 / 15 Noyabr 2026
319
20:39 / 15 Noyabr 2026
123
20:30 / 15 Noyabr 2026
150
20:09 / 15 Noyabr 2026
402
19:51 / 15 Noyabr 2026
435
19:37 / 15 Noyabr 2026
146
19:17 / 15 Noyabr 2026
149
19:09 / 15 Noyabr 2026
137
18:40 / 15 Noyabr 2026
155
18:05 / 15 Noyabr 2026
165
17:53 / 15 Noyabr 2026
2092
17:43 / 15 Noyabr 2026
809
17:16 / 15 Noyabr 2026
740
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.