KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1275
15.11.2020, 01:38
Rusiyanın "Rossiya 1” telekanalında yayımlanan "60 minut” ("60 dəqiqə”) verilişində qonaq olan Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, "Kommersant” Nəşrlər Evinin Xarici siyasət şöbəsinin müdir müavini Aleksey Naumov Kəlbəcəri tərk edən ermənilərin oradakı evlərini, mağazalarını və digər tikililəri yandırmasını əks etdirən videogörüntüləri şərh edib.
Oxu24.com Qafqazinfo-ya istinadən bildirir ki, Aleksey Naumov bunları deyib:
"Biz yadda saxlamalıyıq ki, Qarabağ - Azərbaycandır. Bu torpaq isə beynəlxalq hüquqla ona məxsusdur, o bu torpağın qaytarılması uğrunda vuruşub. Ən maraqlısı odur ki, Azərbaycan Şuşanı tutduqdan sonra – zəfərdən əvvəl dayandı və sülhməramlıların buraxılmasına və rayonları mərhələ-mərhələ, yavaş-yavaş Azərbaycana qaytarılmasına alicənabcasına razılıq verdi. Azərbaycanın özünü bu vəziyyətdə bundan artıq necə alicənab apara biləcəyini təsəvvür etmirəm. Ermənilərə bu rayonlardan çıxmaları üçün bir həftə verdilər”.
Bununla belə, Naumov xatırladıb ki, 1993-cü ildə azərbaycanlılar Kəlbəcərdən çılpaq, ayaqyalın qaçırdılar, kim qaçmırdısa, o biri şəhərə yox, "o biri dünya”ya gedirdi:
"Tamamilə faciəli vəziyyət, hansını ki, unutmaq olmaz. Bəli, bu, çoxdan olub, amma biz bunu unuda bilmərik. Ən əsası odur ki, biz bu gün Ermənistan hakimiyyətinin özünü necə apardığını görürük. Aydındır ki, hərbi məğlubiyyətdən sonra qisas almaq çox istəyirsən, yumruğunu sıxmaq və onların hesab etdiyi kimi - "özünkünü” qaytarmaq istəyirsən. Lakin biz revanşizmin nəyə gətirib çıxardığını bilirik. Biz bunu Avropada 20-ci əsrdə çox gözəl görmüşük”.
23:32 / 15 Noyabr 2026
1
23:07 / 15 Noyabr 2026
160
22:43 / 15 Noyabr 2026
126
22:34 / 15 Noyabr 2026
90
22:24 / 15 Noyabr 2026
75
22:05 / 15 Noyabr 2026
891
21:57 / 15 Noyabr 2026
380
21:37 / 15 Noyabr 2026
1152
21:07 / 15 Noyabr 2026
1088
20:58 / 15 Noyabr 2026
519
20:55 / 15 Noyabr 2026
140
20:44 / 15 Noyabr 2026
339
20:39 / 15 Noyabr 2026
128
20:30 / 15 Noyabr 2026
155
20:09 / 15 Noyabr 2026
419
19:51 / 15 Noyabr 2026
449
19:37 / 15 Noyabr 2026
150
19:17 / 15 Noyabr 2026
152
19:09 / 15 Noyabr 2026
138
18:40 / 15 Noyabr 2026
156
18:05 / 15 Noyabr 2026
168
17:53 / 15 Noyabr 2026
2129
17:43 / 15 Noyabr 2026
817
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.