Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyana sui-qəsd planı - Müxalifət lideri həbs edildi

Paşinyana sui-qəsd planı - Müxalifət lideri həbs edildi

DÜNYA

746

14.11.2020, 21:25

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanetsyan həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

O, baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunur.

Məlumata görə, A.Vanetsyan rəhbərlik etdiyi partiya bunu hakimiyyətin repressiyası kimi qiymətləndirib.