Qaynar xətt:

(+99450) 247 90 86

Şuşanı qaytarmaq üçün iki dəfə uğursuz cəhd etdik - Paşinyan

Şuşanı qaytarmaq üçün iki dəfə uğursuz cəhd etdik - Paşinyan

DÜNYA

459

13.11.2020, 23:27

Şuşanı qaytarmaq üçün iki cəhd etdik, lakin ikisi də uğursuz oldu.

Oxu24.comTrend-ə istinadən bildirir ki, bunu Nikol Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Şuşanın itirilməsi ətrafında bir çox mif var:

"Məsələn, Şuşanın itirilməsini biləndə mənə 50 döyüşçümüzün hələ də orada olduğu barədə məlumat verildi. Məlumat verən şəxslə əlaqə qurmağı xahiş etdim və sonra onun Şuşada deyil də Xankəndidə olduğu məlum oldu".