KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
578
13.11.2020, 01:02
"Türkiyə, müttəfiqi Azərbaycanın Ermənistan üzərindəki böyük qələbəsi ilə Rusiyanın "arxa bağçası" hesab edilən Cənubi Qafqazda yerini möhkəmləndirdi və Moskvanın bölgədə tək güc olmadığını sübut etdi."
Avropa.info xəbər verir ki, bu haqda İngiltərənin "Financial Times" qəzetinin dərc etdiyi analiz yazısında deyilir. Qəzetin, "Qafqazda imzalanan saziş Türkiyəni Rusiyanın "arxa bağçası"nda bir güc olaraq təsdiq etdi" başlıqlı yazısında, Ankaranın müttəfiqi rəsmi Bakının 6 həftəlik bir savaşla bölgənin gələcəyini yenidən şəkilləndirdiyi bildirilir.
"İmzalanmış sazişlə Moskva bölgəyə sülhməramlı göndərsə də, Azərbaycanın qələbəylə bitən 6 həftəlik əməliyyatları Kremlin goepolitik "arxa bağçası" olaraq gördüyü Qafqazda Ankaranın yeni kəşf edilən gücünü göstərdi."
"Financial Times"a açıqlama verən Rusiya Strateji və Texnoloji Analiz Mərkəzinin direktoru Ruslan Pukhov 2-ci Qarabağ savaşından çıxan geopolitik sonucların sadəcə Ermənistan üçün deyil, həm də Rusiya üçün fəlakət olduğunu deyib.
"Rusiyanın bölgəyə sülhməramlı göndərməsi aldadıcı xarici siyasət zəfəridir. Moskva üçün acı gerçək budur. Rusiyanın Qafqazda nüfuzu kəskin şəkildə azalarkən, Türkiyənin prestiji tam tərsinə inanlımaz dərəcədə artdı. Putin imzalanan sazişlə bölgə hakimi rolunu isbatlamağa cəhd etdi, lakin Türkiyəni Qafqazda geopolitik bir güc olaraq tanımağa məcbur oldu. Türkiyə müttəfiqi Azərbaycana verdiyi siyasi dəstəklə Moskvanın 25 ildir nəzarətində saxladığı Qarabağ məsələsində vəziyyəti xeyrinə dəyişdi. Azərbaycan Türkiyənin onu dəstəkləyəcəyi halda Rusiyanın savaşa girməyəcəyini hesablayaraq bir risq etdi və qələbə qazanaraq haqlı olduğunu ortaya qoydu."
Məsələylə bağlı BBC-nin internet saytında Karneqi Fondunun Moskva ofisinin əməkdaşı Aleksandr Qabuevin məqaləsi dərc olunub. Müəllif məqaləsində Qarabağ savaşının Türkiyənin strateji önəmə sahib Cənubi Qafqazda gücə çevrildiyini göstərdiyini yazıb.
"Türk ordusu uzun illərdir Qarabağ savaşının qalibi Azərbaycan ordusuna təhsil keçirdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həm müharibədən öncə, həm də savaş dövründə Azərbaycana açıq siyasi dəstəyini ortaya qoydu. Beləliklə də Qarabağ savaşında Azərbaycanın zəfəri Türkiyənin bölgədə önəmli bir nüfuzunun olduğunu sübut etdi. Bu savaş Türkiyənin nüfuzunu artırdı və Rusiyanın artıq bölgədə tək güc olmadığını göstərdi" - Aleksandr Qabuevinin yazısında belə deyilir.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.