KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
507
12.11.2020, 10:42
Müxalifətin parlamentdə məlum müzakirə tələbləri qarşısında Nikol Paşinyanın "Mənim Addımım" fraksiyası bəyanat yayıb.
Oxu24.com Axar.az-a istinadla xəbər verir ki, bəyanatda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan sazişin qaçılmaz reallıq olduğu vurğulanıb. Bildirilib ki, sazişin imzalanması Ermənistan və keçmiş “artsax”ı tamamilə itirməmək üçün yeganə yol idi.
Etiraf edilib ki, hərbi əməliyyatlar davam edəcəyi təqdirdə, qısa müddətdə minlərlə erməni əsgər məhv ediləcəkdi.
Cəmiyyətin bütün suallara cavab almaq haqqının olduğunu bildirən fraksiya destabilizasiyaya əsas verən heç bir iclasda iştirak etməyəcəyini açıqlayıb.
Buna baxmayaraq, məlum Qarabağ Bəyanatının müzakirəsi üçün fraksiya müxalifətdən bütün ermənilərə və dünyaya bu 3 şərti açıq şəkildə bəyan etməyi istəyib.
Belə ki, etirazçı müxalifət:
1. Rusiyanın vasitəçiliyindən imtinanı dəstəkləyir
2. Rusiya sülhməramlılarının təmas xəttindən çıxmasını dəstəkləyir
3. Müharibənin davam etməsini tələb edir.
Bu 3 şərti yerinə yetirəndən, bu tələbləri ermənilərə və dünyaya açıq şəkildə elan edəndən sonra müharibənin davam edəcəyi təqdirdə qələbəyə aparacaq yol xəritəsini təklif edəcəyi halda Mənim Addımım fraksiyası müzakirələrə başlamağa hazır olduğunu elan edib.
Qeyd edək ki, açıqlamanı Mənim Addımım fraksiyası yayıb. Paşinyanın isə harada olduğu bilinmir.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.