Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanla imzalanan qərardan imtina etsəydik... - Ermənistandan SENSASİYA

Azərbaycanla imzalanan qərardan imtina etsəydik... - Ermənistandan SENSASİYA

DÜNYA

425

11.11.2020, 16:31

“Bu qərardan imtina bizim üçün ciddi fəsadlara gətirib çıxara bilərdi”.

Publika.az xəbər verir ki, bu sözləri Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan üçtərəfli Bəyanatla bağlı açıqlamasında deyib.

O bildirib ki, baş nazir bu bəyanatı həm də onun təklifi ilə imzalayıb:

“Qarabağda münaqişənin dayandırılması ilə bağlı qərar məcburi verilib.

Bunu birmənalı qəbul etmək və başa düşmək lazımdır. Mən bu qərarı düzgün hesab edirəm. Bizim üçün acı həqiqət olsa da, qərar mövcud vəziyyətə uyğun verilib”.